İçeriğe geçmek için "Enter"a basın

Rusiyada miqrantlar diri-diri yandırıldı (VİDEO, FOTO)

09-02-2016

22:57 xeber – Yanvarın 30-da Rusiyanın paytaxtı Moskvada tikiş fabrikində baş verən yanğın nəticəsində 12 nəfər ölüb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, fabrikin qəsdən yandırıldığı bildirilir.

Hadisə Moskvanın Stromnika küçəsi 25 ünvanında baş verib. Ölənlər arasında üç üşaq da var. Onlardan biri 7 aylıq körpədir. Ehtimal edilir ki, körpəni sexdə çalışan miqrantlardan biri özü ilə işə gətirib.

Yanğında ğlənlər bu fabrikdə işləyən, yaşayan Qırğızıstan və Özbəkistan vətəndaşları olub. Hazırda polis tikiş fabrikini icarəyə götürən şəxsi axtarır. Fabriki işlədənin də mərkəzi asiyalı olduğu bildirilir. Polis ilkin ehtimal kimi fabrikin rəqiblər tərəfindən qəsdən yandırıldığını qeyd edib.

Faktla bağlı araşdırmalar davam edir. Stromınkada baş verən bu hadisədən sonra Moskva prokuroru Vladimir Çurikov paytaxtda yerləşən sənaye müəssələrində ciddi yoxlamalar aparmaq tapşırığı verib. Qeyd edək ki, Rusiya paytaxtında azərbaycanlılara məxsus xeyli sayda belə müəssələr mövcüddur.

Rusiyada bundan əvvəl də bir neçə dəfə ölümlə nəticələnən yanğın hadisələri qeydə alınıb. Sonuncu belə hadisə ötən il dekabr ayının 23-də Rusiyanın Voronej vilayətində yerləşən psixonevroloji internatda baş verib. Güclü yanğın nəticəsində həlak olanların sayı 23 nəfər olub. Məlumata görə, yanğın ərazisində 21 nəfərin meyiti aşkar olunub, daha 2 nəfər isə xəstəxanada dünyasını dəyişib.

Hadisə yerindən fotolar








Hadisə baş verən ərazi xəritədə

mənbə :
anspress

Rusiyada miqrantlar diri-diri yandırıldı (VİDEO, FOTO)