İçeriğe geçmek için "Enter"a basın

Ardaya 100 milyonluq təklif

09-02-2016

21:56 xeber – Bu qış rekord transferlərə imza atan Çin klubları ilə bağlı daha bir iddia ortaya atılıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Barselona”nın üzvü Arda Turanın da bu ölkədən təklif aldığı bildirilir.

Məlumata görə, “Şanxay SİPG” və Burak Yılmazın transfer olunduğu “Pekin Quan” Türkiyə millisinin üzvünü hədəfə alıb. Hər iki klubun Arda Turanın qiymətini öyrənmək üçün “Barselona”ya müraciət etdiyi bildirilir.

“Barsa” rəsmiləri isə hələlik çinlilərin təklifinə cavab verməyib.İddia olunur ki, çinlilər bu transfer üçün İspaniya klubuna 100 milyon avro ödəməyə hazırdır. Futbolçunun özünə isə çinlilər illik 20 milyon avro təklif edmək fikrindədir.


“Beijinq Quan” klubu

Qeyd edək ki, bir neçə gün öncə Arda Turanın yaxın dostu Burak Yılmaz Asiya təmsilçisi “Beijinq Quan” klubu ilə anlaşıb. Bununla bağlı Arda sosial şəbəkədə dostu Ardanı təbrik edib.Burak yeni komandasında ilə 8 milyon avro qazanacaq. Çin klubu keçid üçün “Sarı-qırmızılar”a 8 milyon avro ödəyəcək. Bu məbləğin 25 faizi “Trabzonsor”a veriləcək. Burak Yılmaz “Qalatasaray”a Trabzon təmsilçisindən keçib və tərəflər arasında onun satılacağı halda müəyyən qazanc olunması barədə anlaşma var.

mənbə :
anspress

Ardaya 100 milyonluq teklif