İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın Rusiyaya qarşı həlledici oyunu

09-02-2016

20:42 xeber – Serbiyanın paytaxtı Beqradda keçirilən futzal üzrə Avropa çempionatı davam edir. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu gün yarışın 1/4 final mərhələsinin oyunları start götürür.

Futzal üzrə Azərbaycan milli komandası AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiya ilə qarşılaşacaq. Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək oyunu Belçikadan olan Paskal Lemal idarə edəcək.

Finlandiyalı Timo Onaçu qarşılaşmanın ikinci hakim funksiyasını yerinə yetirəcək. “D” qrupunda mübarizə aparan millimiz ilk oyunda İtaliyanlara 0:3 hesabıyla uduzmuşdu. Lakin ikinci oyunda Faustino Peresin yetirmələri Çexiyanı 6:5 hesabıyla məğlub edərək adını 1/4 finala yazdırmışdı.


Faustino Peres – Azərbaycan millisinin baş məşqçisi

Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev Rusiyaya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib. ANS PRESS-ə açıqlamasında kapitan bunları deyib: “Rusiya millisi təcrübəli və güclü komanda olsa da onlara qarşı oynamaq mümkündür. Onlara qalib gəlmək üçün var gücümüzlə çalışacağıq. Sevindirici haldı ki, heyətimizdə cəzalı və zədəli oyunçular yoxdur. Bu görüşə də Çexiya millisinə qarşı olduğu kimi əzmkar məşqlər keçmişik, tam hazırıq”.

Qeyd edək ki, Azərbaycan – Rusiya matçı bu axşam saat 21:30-da start götürəcək. Bu cütün qalibi yarımfinalda meydan sahibi Serbiyada ilə qarşılaşacaq.

AÇ-2016
1/4 final
9 fevral

21:30. Azərbaycan – Rusiya
Hakimlər: Paskal Lemal (Belçika), Timo Onaçu (Finlandiya).
Belqrad. “Belqrad Arena”.


Azərbaycan millisi

mənbə :
anspress

Azerbaycanın Rusiyaya qarşı helledici oyunu