İçeriğe geçmek için "Enter"a basın

Ərdoğan təcili toplantı çağırdı

09-02-2016


09.02.2016 / 20:36 xeber –

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik məsələləri, terrorçuluqla mübarizə və bölgədəki vəziyyətlə bağlı təcili müşavirə çağırıb.

 

APA-nın məlumatına görə, müşavirədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, DİN rəhbəri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

 

Qeyd edək ki, toplantı prezidentin gündəlik iş planına daxil edilmədiyindən baş nazir Əhməd Davudoğlu Hollandiyaya səfərini təxirə salıb.

mənbə :
lent.az

Ərdoğan tecili toplantı çağırdı