İçeriğe geçmek için "Enter"a basın

İran Azərbaycandan sonra Gürcüstan qərarını verdi

09-02-2016

20:22 xeber – Gürcüstan fevralın 15-dən İranla viza rejimini ləğv edəcək. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Gürcüstanla İran arasında 1 iyul 2013-cü ildə ləğv edilən vizasız rejim yenidən tətbiq edilməyə başlayacaq.

Gürcüstanın o vaxtkı baş naziri Bidzina İvanişvili öz bəyanatında bildirib ki, o vaxt Gürcüstan vizasız rejimi ləğv etməklə BMT-nin tövsiyyəsini yerinə yetirib. Eyni zamanda elə həmin vaxt xarici işlər naziri vəzifəsini icra edən Maya Pancikidze qərarın miqrant siyasətini tənzimləmək istəyindən irəli gəldiyini bildirib.


Maya Pancikidze – Gürcüstanın sabiq Xarici İşlər naziri

Vizasız rejimin bərpa olunmasından sonra İran vətəndaşları Gürcüstan ərazisinə gəldikləri gündən 45 gün müddətində vizasız qala biləcəklər.


Bidzina İvanişvili- Gürcüstanın sabiq Baş naziri

Gürcüstan Xarici İşlər Nazirliyininin bəyanatında deyilir ki, xarici işlər naziri David Calaqaniya ilə İranın bu ölkədəki səfiri Abbas Talebifar arasında baş tutan görüş Gürcüstan hökumətinin qərarı ilə bağlı rəsmi məlumatın verilməsi məqsədi daşıyır.

Razılığa əsasən Gürcüstan və İran İslam Respublikası arasında adi pasport sahibləri üçün vizaların qarşılıqlı ləğvi 15 fevral 2016-cı ildən ləğv edilir.


David Calaqaniya – Gürcüstanın xarici işlər naziri

İranın Gürcüstandakı səfirinin müavini Mosxen Kebrias da öz növbəsində iki ölkə arsında viza rejiminin ləğvinin iqtisadi baxımdan vacibliyini vurğulayıb.

“İki ölkə arsında maneəsiz hərəkətin olması iqtisadi münasibətlərə də öz təsirini göstərir. Ölkəyə maneəsiz gələn investorlar kapital yatırımı edirlər. Viza rejiminin ləğvi ölkələr arasında əmtəə dövriyyəsinə öz təsirini göstərir. Əgər 2012-2013-cü illərdə əmtəə dövriyyəsi 200 milyon dollar idisə, indi bu 130 milyon dollar təşkil edir. Bunu düzəltmək olar”, – deyə səfir müavini bildirib.

Gürcüstan hökumətinin mətbuat xidmətindən bilirilib ki, dünən baş nazir Giorgi Kvrikaşvili İran prezidenti Həsən Ruhani ilə sözügedən məsələni telefon danışığı zamanı müzakirə edib.

Ötən ilin noyabrında İran Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız qalma müddətini 30 günədək uzadıb. Əvvəllər Azərbaycan vətəndaşlarının İranda vizasız qalma müddəti 15 gün olub.

mənbə :
anspress

İran Azerbaycandan sonra Gürcüstan qerarını verdi