İçeriğe geçmek için "Enter"a basın

Nardaranda növbəti dəfə dəstə saxlanıldı

09-02-2016

19:56 xeber – Nardaran qəsəbəsində evlərdən oğurluq edən beş nəfərlik dəstə saxlanılıb.

Ceyhun Nuriyev, Mehdi Kərimov, Murad Əbdülov, Rəsul Haşımov və Əbdüləli Babayev adlı şəxslər qəsəbədə bir neçə evə hasardan keçərək oğurluq etməkdə şübhəli bilinir.

Onlar 2015-ci ildən etibarən Nardaran qəsəbə sakinlərinin həyətindən dəfələrlə oğurluq ediblər. Həmin şəxslər qəsəbə sakini Sona Kazımovanın həyətindən 6 ədəd meyvə ağacı, qəsəbə sakini Həmid Bağırovun həyətindən dəmir borular və Şövqi Dadaşovun evindən məişət əşyaları oğurlayıblar.

Saxlanılan şəxslərin digər cinayətlər törətməsinə dair şübhələr də var.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsində (PB) araşdırma aparılır. / report

ANS PRESS xatırladır ki, ötən ilin dekabr ayında Naradaran qəsəbəsində 42-ci Polis Bölməsi yaradılıb. Bu bölmə məlum Nardaran hadisələrindən sonra təsis edilib. 42-ci Polis Bölməsinin rəisi vəzifəsinin icrası polis polkovniki Azər Cahangirova həvalə edilib.

Daha sonra Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini, polis mayoru Tərxan Əhmədov vəzifəsindən azad edilərək Nardaran qəsəbəsində yeni yaradılmış 42-ci Polis bölməsinin rəis müavini vəzifəsinə təyin edilib.

mənbə :
anspress

Nardaranda növbeti defe deste saxlanıldı