
  08.02.2016 / 13:17 xeber – 
Sabirabad rayon sakini silah satarkən tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Hacıyev nömrəsi silinmiş “Makarov” markalı tapançanı və içərisində 8 ədəd patron olan patron darağını Masazır qəsəbəsi ərazisində satarkən yaxalanıb.
Araşdırma aparılır.
 mənbə : 
lent.az