12:57 xeber – Neft yeni həftəyə cüzi ucuzlaşma ilə başlasada hazırda dünya birjalarında “qara qızılın” qiymətində artım müşahidə olunur. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, dünya bazarlarında ötən həftə sonu 34.06 dollar olan “Brent” markalı neftin qiyməti Bakı vaxtı ilə saat 12:00 üçün 34.17 dollar təşkil edir.
“WTI” markalı neftində qiymətində cüzi bahalaşma qeydə alınıb. Həftə sonu 30.89 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 30.99 dollar təşkil edir.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,49 dollar ucuzlaşaraq 34,91 dollar təşkil edib.
Mənbə: Bloomberg
Əlvan metalların qiymətlərində isə sabitlik müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bahalaşaraq 37,47 dollar olub. Platinin 1 qramı 29.23 dollar, palladiumun 1 qramı isə 16.21 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.48 dollar müəyyənləşib.
Mənbə: Bloomberg
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 5-də 1,5853 manat müəyyən edilib. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7749 manat, Rusiya rublu da cüzi bahalaşma ilə 0.0207 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.3089 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.544 AZN dəyərində müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 08.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5819 səviyyəsində müəyyən olunub.
Mənbə: Azərbaycan Mərkəzi Bankı
mənbə :
anspress