İçeriğe geçmek için "Enter"a basın

Ayan: "Sevgi ayrılıqdan güclüdür vallah"

08-02-2016


08.02.2016 / 12:50 xeber –

Müğənni Ayan Babakişiyeva yaradıcılığında yenilik edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Baba Vəziroğluna, musiqisi Elçin İmanova, aranjemanı Emil Minşayevə məxsus olan mahnı "Çağır gələrəm" adlı mahnı ifa edib: "Mahnı 2 il yarım öncə yazılıb. Sənətimdə dönüş edəcəyinə inanıram. Elçin İmanovdan bəstə ifa edən zaman düşünürəm ki, bu mahnı sıradan deyil, sənətkarların qulaq asacağı mahnıdır. Elçin İmanov həm də müəllimimdir. Elə oxutdurur ki, mahnıya yanaşma, çalarlar hamısı yerində və gözəl olur. Əslində şeirin adı "Sevgi ayrılıqdan güclüdür vallah" adlanır. Biz "Çağır gələrəm" adlandırdıq. Göründüyü kimi o biri dünyada olsa belə, sevgi nə qədər güclüdür ki, ayrılıqdan, o dünyadan sevgisi üçün qayıdıb gəlir. İstəyərəm ki, hamı belə sevsin, bu yazılan sözlərdəki kimi sevsin. Bu mahnı həyatında əsl sevgi yaşayanlar üçün gözəl bir ərməğan olacaq".

 

mənbə :
lent.az

Ayan: "Sevgi ayrılıqdan güclüdür vallah"