08.02.2016 / 12:46 xeber –
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş bədbəxt hadisələrlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 6-da Ağdam rayon sakini Nicat Mehdiyev Səbail rayonu ərazisində usta işlədiyi yeni inşa edilmiş binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.
Bundan başqa fevralın 6-da Xətai rayonunun Nobel prospektində Quba rayon sakini İbrahim Seyidəhmədov idarə etdiyi “Shacman” markalı avtomobilin mühərrik hissəsində təmir işləri apararkən avtomobil enişə doğru hərəkət etdiyindən təkərin altında qalaraq ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az