İçeriğe geçmek için "Enter"a basın

Prezidentin mühafizəçilərinə görə 2 ölkə arasında qalmaqal yaşandı

07-02-2016

17:10 xeber – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvadora səfəri qalmaqalla bitib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador Universitetindəki çıxışı zamanı xoşa xoşagəlməz hadisə baş verib.

Zalda əyləşən bir neçə qadın gözlənilmədən prezidentin istefasını tələb ediblər. Prezidentin mühafizəçiləri isə qadınlara qarşı güc tətbiq edərək bayıra çıxarıblar.

Ərdoğanın çıxışı zamanı etiraz edən qadınların zaldan çıxarılması

Hadisədən sonra Türkiyənin Ekvadordakı səfiri Korkut Güngen bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfiri qəbul edən Xarici İşlər nazirinin müavini Fernando Yepez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador Universitetindəki çıxışı zamanı baş verən xoşagəlməz hadisələrə görə üzr istəyib.

Ekvadorun xəritəsi

Nazirlik rəsmisi Türkiyə təhlükəsizlik qüvvələrinin Ekvador vətəndaşlarına qarşı zor tətbiq etdiyini də səfirin diqqətinə çatdırıb. Nazir müavini hadisə ilə bağlı rəsmi Ankaradan açıqlama gözlədiklərini qeyd edib.

Rəcəb Təyib Ərdoğan Türkiyə Respublikasının 12-ci prezidentidir. O, 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulub. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirib. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olub.

mənbə :
anspress

Prezidentin mühafizeçilerine göre 2 ölke arasında qalmaqal yaşandı