İçeriğe geçmek için "Enter"a basın

Ekstravaqant cütlüyün əkizləri olacaq - FOTO

05-02-2016

23:14 xeber – Türkiyənin tanınmış modeli Ebru Şancının əkiz usağı olacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ebru Şancı ana olmaq üçün gün sayır. Model “İnstaqram” səhifəsində həyat yoldaşı Alparslan Öztürk ilə birlikdə şəkil paylaşıb.

O, hamilə olduğu üçün Dubaydaki tədbirlərin birinə qatıla bilməyib.

“Həkimim Dubaya getməyimi təhlükəli olduğunu görüb. əkizlər üçün ən vacib olanı etdim. Dubaya getməkdən vaz keçdim”.


Ebru Şancının “İnstaqram” səhifəsi

“Eskişehirspor” klubunun futbolçusu Alparslan Öztürk bir müddət öncə hamilə həyat yoldaşına bahalı “Jeep” hədiyyə edib. Futbolçunun həyat yoldaşı model Ebru Şançıya hədiyyə etdiyi avtomobilin qiyməti 1 milyon 150 min TL (614 min AZN – red.) təşkil edir.


Ebru Şançının hədiyyəsi

Şançı sosial şəbəkədə avtomobilin şəklini paylaşaraq “Ad günü hədiyyəm” yazıb.


Caner Erkin və Asena Erkin

Bir müddət əvvəl də “Fənərbağça”nın futbolçusu Caner Erkin də boşandığı həyat yoldaşına maşın hədiyyə edib. Futbolçu 6 illik həyat yoldaşı Asena Erkinə 2 milyon 700 min TL (1 milyon 433 min AZN ) dəyərində lüks “Jeep” hədiyyə edib.

mənbə :
anspress

Ekstravaqant cütlüyün ekizleri olacaq – FOTO