İçeriğe geçmek için "Enter"a basın

Ərdoğandan Rusiyanın şok iddiasına sərt cavab

05-02-2016

22:24 xeber – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Müdafiə Nazirliyinin ötən gün səsləndirdiyini iddiaya cavab verib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya MN-nin rəsmi nümayəndəsi İqor Konaşenkov bəyan etmişdi ki, Türkiyə Suriyaya hərbi müdaxilə etmək üçün intensiv hazırlıq görür.

Bu iddianı gülərək qarşıladığını deyən Türkiyə prezidenti bildirib ki, Rusiya ilk növbədə Suriyanın dövlət sərhədləri daxilində törətdiyi qətllərin hesabını versin.

“Təbii ki, Rusiyanın bu yanaşma tərzini gülərək qarşılayıram. Əvvəlcə Rusiya Suriyada öldürülən insanların hesabını verməlidir. Rejim ilə iş birliyi görərək öldürdükləri insanların sayı 400 minə çatıb. Hazırda Rusiya Suriyada işğalçılıq siyasəti yürüdür”, – Ərdoğan bildirib.

Onun sözlərinə görə, Rusiya Tartus şəhərində hərbi dəniz bazası, Latakiya şəhərindəki aviabaza ilə Bəşər Əsədə butik bir dövlət qurmaq üçün kömək edir.

Türkiyə-Suriya sərhədi

“Çünki Əsəd artıq bitib. DAİŞ (İŞİD) və digər terrorçu qruplaşmalar Suriyanın demək olar ki, paylaşıblar. Türkiyəyə gəlincə, biz bu dəqiqə təhdid altındayıq. Bizim Suriya ilə 911 kilometr sərhədimiz var. Rusiya və İran Suriya ilə sərhəddədirlərmi? Onların orada nə işləri var? Ancaq bunu deyirlər: “Bizi Əsəd çağırdı”. Hər dəvət qəbul edilməz. Çünki oarada dövlət terroru əsdirən Əsəd var. Zalımdır, qatildir. Onlara dəstək verən də buna ortaqdır”, – Türkiyə prezidenti bəyan edib.

Ötən gün Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bəyan etmişdi ki, Türkiyə-Suriya sərhədində baş verən hadisələr Ankaranın Suriyaya hərbi müdaxiləsi üçün intensiv hazırlığın getməsindən xəbər verir.


İqor Konaşenkov – Rusiya MN-nin rəsmi nümayəndəsi

Konaşenkovun sözlərinə görə, daha əvvəl Rusiya Müdafiə Nazirliyi dünya ictimaiyyətinə Türkiyə artilleriya qurğularının Suriyanın Latakiya bölgəsində yaşayış məntəqələrini atəşə tutmasını əks etdirən kadrları təqdim edib.

Rusiya Müdafiə Nazirliyinin Yaxın Şərq regionunda kəşfiyyatı daha da gücləndirdiyini deyən Konaşenkov deyib ki, Ankarada kimsə Rusiya müşahidəçilərinin uçuşunu təxirə salmaqla nəyinsə gizlətməyi mümkün olacağını düşünürsə, bu, qeyri-peşəkarlıqdır.

mənbə :
anspress

Ərdoğandan Rusiyanın şok iddiasına sert cavab