İçeriğe geçmek için "Enter"a basın

Bu ərazilərdə olan ağacların kəsilməsinə aydınlıq gətirildi

05-02-2016

22:01 xeber – “Bala Məcidovdan Abdulla Şaiq istiqamətində olan ağaclar kəsilir”

Bunu ANS PRESS-ə həmin ərazidə yaşayan sakinlərdən biri dedi. Onun sözlərinə görə, həmin ərazidə olan 54 ağac yerindən çıxarılır. Qədim kökə malik olan ağacların həmin ərazidən çıxarılmasını istəməyən sakinlər bunun hansı səbəbdən görüldüyünü bilmirlər.

“Ərazi hasara alınıb, orada ağacları kəsirlər. Onsuz da hava o qədər də təmiz deyil, heç olmasa bu ağaclar nəticəsində uşaqlarımız təmiz hava ilə nəfəs alırdılar. İndi bizə ağacları da çox görürlər”, – deyə yerli sakinlərdən biri vurğuladı.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən məsələdən xəbərdar olduğunu bildirdilər. “Həmin ərazidəki ağaclar kəsilmir, sadəcə, budanaraq, kökündən çıxarılır və başqa ərazidə əkiləcək. Bizə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətidən (ASC) yolu genişləndirmək üçün müraciət olundu. Biz də ağacları kəsmək yox, köklü çıxararaq başqa yerdə əkmək şərti ilə onlara icazə verdik”, – deyə qurumdan bildirdilər.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli həmin ərazidə yolun genişləndirməsi ilə bağlı ağacların çıxarılacağını təsdiqlədi: “Biz ağacları kökündən çıxarırıq, amma budayırıq, çünki onlar çox böyükdürlər, elə bir böyük texnikamız yoxdur ki, ağacları olduğu kimi aparaq”, – deyə Anar Nəcəfli əlavə etdi.


Anar Nəcəfli – “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri

Qurum rəsmisinin sözlərinə görə, ağacları çıxaran və aparan Bakı Yaşıllaşdırma İdarəsidir.

Şəhər sakinlərinin qəzəbinə səbəb olan ağacların biz də kəsilməsinin əleyhinəyik. Həm də unutmayın ki, ağac kəsilməsinə görə, məsuliyyətə cəlb də oluna bilərsiniz. Belə ki, ağac kəsilməsinə görə İnzibati Xətalar Məcəlləsində hər bir vətəndaşın, hüquqi və vəzifəli şəxsin məsuliyyəti müəyyənləşdirilib: “Meşə fonduna daxil olmayan ağac və kol bitikilərinin zədələnməsi, kəsilməsi və məhv edilməsinə görə fiziki şəxslər üçün 2200-2500, vəzifəli şəxslər üçün 900-10000, hüquqi şəxslər üçün isə 40000-50000 manatadək cərimə nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan, hər bir ağac və kol bitkilərinin zədələnməsinə, məhv edilməsinə, kəsilməsinə görə, fiziki şəxslər 1300-1500, vəzifəli şəxslər 3500-4000, hüquqi şəxslər isə 20000-25000 manatdək cərimə olunur”.

mənbə :
anspress

Bu erazilerde olan ağacların kesilmesine aydınlıq getirildi