İçeriğe geçmek için "Enter"a basın

Polad Bülbüloğlu Rusiyada fəxri nişanla təltif edildi

05-02-2016

21:50 xeber – Bəstəkar, sabiq mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının xalq artisti Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfə” fəxri nişanı ilə təltif edilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, fəxri nişan Polad Bülbüloğluna diplomatik fəaliyyətinin 10 illiyi ilə əlaqədar təltif edilib.

Bildirilir ki, P.Bülbüloğluna nişanı Rusiya xarici işlər naziri Sergey Lavrov təqdim edib.

Özünə soyad kimi atasının ləqəbini götürən Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. 1973-cü ildən bəri Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə Azәrbaycan SSR Xalq artisti adına layiq görülən sənətkar Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə də təltif edilib.

Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınıb. Kinofilmlәrə, dram tamaşalarına yazılan bir neçə musiqi, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı “Məhəbbət və ölüm” baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda “2009-cu İlin Adamı” elan edilib.


İlham Əliyev və Polad Bülbüloğlu – 4 fevral 2015-ci il

Ötən il Azərabycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.

Həmin ilin fevral ayında İlham Əliyev Polad Bülbüloğlunun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Həmçinin oxuyun:
Polad Bülbüloğlu “İlin Adamı” seçilib
Polad Bülbüloğluna “İlin adamı” mükafatı təqdim edilib
“Heydər Əliyev onun barəsində deyirdi ki…”

mənbə :
anspress

Polad Bülbüloğlu Rusiyada fexri nişanla teltif edildi