İçeriğe geçmek için "Enter"a basın

Xaçmazda “VAZ” yandı

05-02-2016


05.02.2016 / 21:43 xeber –

Bu gün axşam saatlarında Xaçmaz şəhərində yanğın baş verib.

 

APA -nın şimal bürosunun verdiyi məlumata görə,  Nəriman Nərimanov prospektində hərəkətdə olan 1984-cü il təvəllüdlü Xaçmaz rayon sakini Mehrəliyev Rəcəb Gülbaba oğlunun idarə etdiyi 66 BY 068 dövlət nömrə nişanlı “VAZ 21 013” markalı minik avtomobili qəfil alışıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub, alov söndürülüb. Yanğın avtomobilin salon hissəsini əhatə edib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

mənbə :
lent.az

Xaçmazda “VAZ” yandı