04:35 xeber – “Turing” Tibbi Ləvazimat şirkətinin sabiq rəhbəri Martin Şkreli Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresində ifadə verməkdən imtina edib.
Martin Şkrelinin sahibi olduğu şirkət Daraprim preparatının patent hüququnu əldə etdikdən sonra həmin dərmanın qiymətini 5 min faiz artıraraq satışa çıxarmışdı. Şkrelinin qiymət siyasəti ona qarşı məhkəmə işinin açılmasına səbəb olub.
Şkreli iclasda suallara cavab verməmə hüququndan istifadə edib. Onun bu hərəkəti məhkəmədə ikrah doğurub. Şkreli konqresmenlərlə, sanki, onları ələ salırmış kimi davranıb. Şkreli heç bir suala cavab verməyəcəyini açıqlayıb.
Daraprim preparatı, əsasən, QİÇS xəstələri tərəfindən istifadə olunur.
Eyni zamanda, Amerikanın Federal Ticarət Komissiyası da biznesmenin fəaliyyətini şübhə altına alıb. Şkreli anti-inhisar qanunlarını pozmaqda ittiham olunur.
Şkreli ötən ilin iyul ayında Daraprim perparatının patentini 50 milyon dollara almışdı. Həmin dövrə qədər dərmanın bir dozasının qiyməti 13.50 dollar idi. Lakin şirkət qiymətləri yüksəldərək 750 dollara çatdırıb.
ABŞ-da Şkreliyə “ölkənin ən nifrət oyadan biznesmeni” ləqəbi verilmişdi.
Keçmiş maliyyəçi qalmaqallı şöhrəti avqustda 50 milyon dollarlara insan immun çatışmamazlığı virusu yoluxdurulmuş xəstələrin müalicəsi üçün tətbiq edilən dərmanın istehsalına patent aldıqdan sonra əldə edib. Maqnat bir həbin qiymətini 13,5 dollardan 750 dollara qədər qaldırmışdı. Standart müalicə kursu üçün təxminən 100 ədəd həb tələb olunur. Həkimlərin və pasiyentlərin ciddi etirazına səbəb olan bu addımı Martin Şkreli belə izah edib ki, “firmanın gəlirlə işləməsini istəyir”. Onun bu hərəkəti amerikalı sakinlər arasında hiddət dalğası doğurub. ABŞ-da Şkrelinin hərəkətlərinə qarşı bir neçə dəfə etiraz aksiyası keçirilib.
Ötən il avqustun 10-da “Turing Pharmaceuticals” şirkəti “pirimetamin” maddəsindən hazırlanmış “Daraprim” preparatının satış və müəlliflik hüquqlarını “Impax Laboratories”dən 55 milyon dollara satın almışdı. Daraprim əsasən toksoplazmozun müalicəsində istifadə olunur. Toksoplazmoz yetərincə yaxşı bişməmiş ət və yumurtada, habelə infeksiyaya yoluxmuş heyvanlarda olan xəstəlikdir. Bu infeksiya insanda görmə qabiliyyətini zəiflədir, korluq yaradır, habelə beyində ağır fəsadlara səbəb olur. İmmunitet səviyyəsi aşağı olan insanlar, xüsusilə də QİÇS/HİV və onkoloji xəstəliklərə tutulmuş insanlar toksoplazmoza daha tez yoluxurlar.
mənbə :
anspress