İçeriğe geçmek için "Enter"a basın

Milyarder futbolçunun nümünəvi sadəliyi - FOTO

03-02-2016

21:02 xeber – İngiltərə yığmasının və “Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Devid Bekhem nümünəvi addım atıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, futbolçu küçədə tibb işçisinə kömək edib. Londonda velosipedlə hərəkət edən Təcili tibbi yardım xidmətinin xüsusi şöbəsinin həkimi yaşlı kişinin köməyinə yetişib. Kişi küçədə yerə yıxılıb və köməyə ehtiyacı olub. .

Həkim və yaşlı kişi təcili tibbi yardım maşının gəlişini gözləyən vaxt məşhur futbolçu Devid Bekhem onları qəhvəyə qonaq etmək qərarına gəlib

Həkim sonradan bu hadisəni belə təsvir edir:

“Biz maşın gözlədiyimiz vaxt hava çox soyuq idi. Başımı qaldıranda Bekhemə bənzəyən bir kişi gördüm. O mənimlə salamlaşdı və maşınına mindi. Xəstəyə dedim ki, deyəsən, bu, Devid Behkem idi. On dəqiqədən sonra Bekhem geri qayıtdı. Əlində mənim üçün kofe, xəstə üçün isə çay var idi. Biz ikimiz də çox kövrəldik. Mən inana bilmirdim ki, Bekhem belə bir xeyirxahlıq edər.”


Devid Bekhem və tibb işçisi

Təcili yardım xidməti artıq Devid Bekheme rəsmi minnətdarlıq elan edib. “Twitter”də isə artıq #buyitlikebeckham (“Bekhem kimi ol”) adlı fleşmob start götürüb.

1999-cu ildə Devid Bekhem Viktoriya Bekhem ilə ailə həyatı qurub. Hazırda cütlüyün 4 uşağı var: 16 yaşlı Bruklin, 13 yaşlı Romeo, 10 yaşlı Kruiz Devid və 4 yaşlı qız Harper Seven.


Devid Bekhemin ailəsi

Devid Bekhem 2015-ci ilin “ən seksual kişisi” seçilib. Onu bu ada “People” jurnalı layiq görüb. Jurnal bu siyahını hər il ənənəvi olaraq tərtib edir.

mənbə :
anspress

Milyarder futbolçunun nümünevi sadeliyi – FOTO