03.02.2016 / 20:46 xeber –
İsrailin Xayfa şəhər əmək münaqişələri üzrə dairə məhkəməsi Hair Clinic şirkətini işçisinə işdə oturmağa icazə vermədiyinə görə 73 min şekel (təxminən 19 min dollar) məbləğində təzminat ödəməyə məhkum edib.
Lent.az-ın “oxu.az”-a istinadən məlumatına görə, qadın iki ay ərzində şirkətin filiallarının birində çalışıb.
Onun öhdəliklərinə müştərilərin saçlarını daramaq, yumaq, qurutmaq və başın dərisini masaj etmək daxil idi. İş vaxtı oturmaq qadağan olunmuşdur. Qadağanın yalnız iş vaxtına aid edilməsinə baxmayaraq, şirkət qadına fasilə zamanı istirahətdə də oturmaq üçün stul verməyib. Qadın vəziyyətdən şikayət edəndə isə onu işdən çıxarıblar.
Şirkət vəkilləri məhkəmədə iddia edirdilər ki, qadın əvvəlcədən əməkdaşlıq şərtləri ilə tanış olmuşdur və işə qəbul olanda bu şərtlər ilə razılaşmışdır. Lakin məhkəmə bu iddianı rədd edib.
mənbə :
lent.az