İçeriğe geçmek için "Enter"a basın

Türkiyədən Rusiyaya cavab zərbəsi

03-02-2016

20:30 xeber – Türkiyə rusiyalı jurnalistlər üçün viza tətbiqinə başlayır. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə qanun fevralın 15-dən qüvvəyə minir.

Həmin gündən Türkiyə qarşılıqlı əsasda ölkəyə qısamüddətli səfərə gələn rusiyalı jurnalistlər üçün viza rejiminin tətbiqinə başlayır. Daimi işləyən müxbirlər üçün ölkəyə giriş qaydası dəyişməyib. Bu barədə Türkiyənin Rusiyadakı səfirliyindən xəbər verilib. Səfirlik həmçinin qeyd edib ki, türkiyəli jurnalistlər Rusiyada işləmək üçün fevralın 15-dən viza almalıdırlar.


Serqey Lavrov – Rusiya xarici işlər naziri

Bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov açıqlama verib. Lavrovun sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır.

“Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”, – deyə xarici işlər naziri bildirib. Rusiya ilə Türkiyə arasında 2010-cu ildə imzalanan sazişlə qarşılıqlı olaraq viza rejimi ləğv edilmişdi.

Noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiyaya məxsus “Su-24” qırıcısını Türkiyənin “F-16” qırıcısının raketlə vurması iki dövlət arasında vəziyəti gərginləşdirib. Rusiya Müdafiə Nazirliyi bombardmançının uçuş sxemini yayaraq onların sərhədi pozmadığını qeyd edir.

Öz novbəsində Türkiyə tərəfi də ruslara xəbərdarlıq olunduğunu və onların sərhədi pozmaqda davam etdiyini bildirib. Rusiya lideri bu hərəkətə görə, Türkiyə prezidentindən üzr istəməyi tələb etsə də Ərdoğan bildirib ki, onun ölkəsi sərhədi pozan vurulmuş təyyarəyə görə üzr istəməyəcək.

Türkiyə xəritədə

Həmçinin oxuyun:
Türkiyə rus təyyarəsini vurdu (VİDEO, FOTO,YENİLƏNİB)
Rusiyaya daha bir zərbə, helikopter vuruldu (FOTO, VİDEO)
Putin: “Bu arxadan vurulan zərbədir”
Rusların vurulan təyyarəsi ilə bağlı Kremldən ilk reaksiya
Vurulan Rusiya təyyarəsi ilə bağlı ən son xəbər (VİDEO)

mənbə :
anspress

Türkiyeden Rusiyaya cavab zerbesi