İçeriğe geçmek için "Enter"a basın

Sərxoş futbolçu cəzalandırıldı

03-02-2016


03.02.2016 / 20:24 xeber –

Bundesliqa klublarından "Bavariya” maraqlı hadisə ilə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, münhenlilərin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Arturo Vidalı cəzalandırıb.

 

Təcrübəli mütəxəssis çilili futbolçunu Qətərdəki təlim-məşq toplanışında intizamsız hərəkətlərə yol verdiyinə görə cəzalandırıb. Belə ki, Vidal bir neçə dəfə komandanın məşqini özbaşına tərk edib.

 

O, daha sonra "Bavariya”nın qaldığı otelə sərxoş halda qayıdıb. Məhz bu hərkətlərdən sonra Qvardiola futbolçunu cəzalandırmağı lazım bilib.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən ilin yayında İtaliya təmsilçisi "Yuventus"dan transfer olunub.

mənbə :
lent.az

Serxoş futbolçu cezalandırıldı