İçeriğe geçmek için "Enter"a basın

Terrorçular Əfqanıstanı qana boyadı

02-02-2016

00:45 xeber – Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 20 nəfərə çatıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Məhəmməd Ayub Salang məlumat verib.


Məhəmməd Ayub Salang

Terrorçu kamikadze tərəfindən törədilən partlayış insanların çox olduğu Kabildə yerləşən parlament və polis binasının ətrafında törədilib. İntiharçı polis idarəsinə girmək üçün növbəyə duraraq sonradan üzərində olan partlayıcını işə salıb.

Hadisə nəticəsində həmçinin otuza yaxın şəxs yaralanıb. Ölənlərin çoxu polis əməkdaşıdır. Hücuma görə “Taliban” qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Kabul blast: police confirm the sucide attack which has happened at border police HQ entrance door. pic.twitter.com/KJP2wTqL3A— zakaria hassani (@zakariahassani4) 1 февраля 2016

Sonuncu dəfə Əfqanıstanın paytaxtı Kabildə partlayış ötən ilin oktyabr ayında da baş verib. Terrorçu-kamikadzelər parlamentin və Rusiya səfirliyi yerləşdiyi ərazidə iki güclü partlayış törədiblər.

Partlayışlardan sonra terrorçular və hadisə yerini mühasirəyə alan yerli polis arasında atışma baş verib. Analoji hal ötən illərdə də Kabildə baş verib. Bunların bir çoxunda “Taliban” qruplaşmasının əli olub və bu partlayışlar nəticəsində yüzlərlə şəxs həlak olub.


Əfqanıstanın paytaxtı Kabil xəritədə

mənbə :
anspress

Terrorçular Əfqanıstanı qana boyadı