İçeriğe geçmek için "Enter"a basın

20 Yanvar günü qonşusunun evindən seyf oğurladı

01-02-2016


01.02.2016 / 19:15 xeber –

Ağcabədi polisi iki oğurluq hadisəsinin üstünü açıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hüquq-mühafizə orqanları əvvəlcə rayonun Aşağı Afşar kənd sakini Məmişov Rabil Dağıstan oğluna məxsus evdən içi dolu seyfi oğurlayan şəxsi saxlayıb.

 

Qonşusunun evindən oğurluq edən kənd sakini Samir Məhərrəmov ilkin dindirmə zamanı Rabil Məmmədovun evinə daxil olduğunu, içərisində 3 000 manat və 1 000 ABŞ dolları, habelə qızıl olan seyfi oğurladığını etiraf edib. Samir Məhərrəmov oğurladığı seyfi açmağı bacarıb. Pulları xərclədiyini deyən təqsirləndirilən şəxs qızıl əşyası istintaqa təhvil verib.

 

Nizami Məmmədov, müstəntiq: "Ağcabədi Rayon Polis Şöbəsində aparılmış araşdırma nəticəsində məlum olub ki, Məhərrəmov Samir Ramiz oğlu 20 yanvar 2016-cı il tarixində saat 16:00 radələrində yaşadığı Aşağı Avşar kəndində qonşusunun evinə daxil olub, oradan içərisində 1000 ABŞ dolları, 3 min manat pul, bir ədəd qızıl boyunbağı olan dəmir seyfi aparıb. Faktla bağlı tərəfimizdən istintaq aparılır".

 

Digər oğurluq hadisəsi isə Ağcabədinin Xəlfələddin küçəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü rayon sakinləri Cəfərzadə Sabir Babək oğlu və onun dostu Mehdiyev Nicat Ələddin oğlu Ağcabədi şəhər sakini Hüseynzadə Elvin Şakir oğluna məxsus ərzaq dükanının şüşəsini sındıraraq içəri daxil olub, oradan 450 manatlıq ərzaq məhsulları oğurlayıblar.

 

Hər iki faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində cinayət işi açılıb.

mənbə :
lent.az

20 Yanvar günü qonşusunun evinden seyf oğurladı