İçeriğe geçmek için "Enter"a basın

Dünya Bankından Azərbaycana dost mesajı - FOTO

30-01-2016

20:24 xeber – “Dünya Bankı Azərbaycan hökumətinə zəruri dəstək verməyə hazırdır”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycan hökuməti və DB ölkədəki özəl sektorun mühüm rol oynaması, yeni iqtisadi inkişaf modelinə keçid və neft qiymətlərinin azaldılması, eləcə də, milli valyutanın təzyiqlərə dayanıqlılığının artırılması yolunda uzunmüddətli tədbirlər planını müzakirə edir.

DB Azərbaycan nümayəndəliyinin verdiyi məlumatda bildirilir ki, “Dünya Bankı Azərbaycanın uzun müddətli tərəfdaşı olaraq, bu ölkənin apardığı struktur islahatları proqramlaşdırmasına hər cür dəstək verməyə hazırdır” .

Dünya Bankı dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunub. Dünya Bankı əslində klassik mənada bank olmayan ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biri olan, BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.
Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

Dünya Bankının Azərbaycan nümayəndəliyi

mənbə :
anspress

Dünya Bankından Azerbaycana dost mesajı – FOTO