İçeriğe geçmek için "Enter"a basın

Təcili yardım işçilərinin döyülmə səbəbi bəlli oldu

30-01-2016

20:18 xeber – Sabunçu rayonunda 13 saylı Təcili Yardım Stansiyasının döyülən həkimlərinin vəziyyəti yaxşıdır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu Təcili Tibbi Yardım Xəstəxanasının direktoru Rauf Nağıyev deyib. Onun sözlərinə görə, həkim Sinatulova və tibb bacısı Aynur Süleymanova Bakıxanov qəsəbəsinə çağırışa gediblər. Bu zaman onlar xoşagəlməz halla qarşılaşıblar.

“İşçilərimiz çağırışa getdikləri ailəyə bəd xəbər verdikləri üçün döyülüblər. Hadisə yerinə çatanda artıq 9 dəqiqə olar ki, ana keçinib. Bu xəbəri ailə üzvlərinə verdikdən sonra şok keçirən ailə üzvləri tibb işçilərinə hücum edərək, onları vurublar. Hazırda həm həkimin, həm də tibb bacısının vəziyyəti yaxşıdır. Əslində, biz o ailəni də başa düşürük, bəd xəbər eşidiblər. Amma yenə də belə etmək lazım deyildi. Ona görə həmin insanları polisə vermişik. İşi polis araşdırır”, – deyə Rauf Nağıyev vurğulayıb.


Rauf Nağıyev – Təcili Tibbi Yardım Xəstəxanasının direktoru

13 saylı Təcili Yardım Stansiyasının həkim və tibb bacısının döyülməsi hadisəsi iki gün öncə baş verib. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Sabunçu rayon 13-cü polis bölməsinin əməkdaşları insidentin baş vermə səbəblərini araşdırırlar.

mənbə :
anspress

Tecili yardım işçilerinin döyülme sebebi belli oldu