İçeriğe geçmek için "Enter"a basın

"Facebook" və "İnstaqramdan" təqdirə layiq addım - FOTO

30-01-2016

19:55 xeber – “Facebook” və “İnstagram” istifadəçilərinə online silah satışını qadağan edir. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, silah alveri, narkotik tərkibli dərmanları satışı ilə məşğul olan insanların sosial şəbəkə üzərindən öz məhsullarını reklam etməsi qadağan ediləcək.

“Yalnız silah satışı üçün xüssusi lisenziyası olan şəxslərin “Facebook”da öz məhsullarını reklam etməyinə bir əngəl olmayacaq. Lisenziyasız silah satışının reklamı ilə məşğul olanların isə reklam yerləşdirməsi qadağan ediləcək”,- deyə şirkətin rəsmiləri məlumat verib.

Eynilə də “Facebook” şirkəti tərəfindən satın alınan “İnstagram” sosial şəbəkəsi də bu qadağaların doğruluğunu tədiq edib.

Son günlər ABŞ-da baş verən silahlı hadisələr silah satışına ciddi nəzərəti artırmağa vadar edib. 2004-cü ildə isə bu ölkədə avtomat silahının ümummilli satışına qadağa qoyulub.

ABŞ prezidenti Barak Obama da lisenziya olmadan silah satışını qadağan edən qanun layihəsi ilə çıxış edərək, yalnız satışı nəzarətsiz həyata keçirilən “silah sərgilərinin” bağlanmasının tərəfdarı olduğunu bildirib: “Mənim insanların əlindən silah almaq fikrim yoxdur və hakimiyyətdə olduğum 7 il ərzində heç bir silah satışı qalereyası bağlanmayıb. Mən onlara nəzarətin artırılmasını istəyirəm”.


Barak Obama – ABŞ prezidenti

ABŞ-da silahlı insidentlər tez-tez baş verir. Belə ki, dəfələrlə silahlı şəxslər, o cümlədən yeniyetmələr, əqli və psixoloji problemi olan insanlar xəstəxana, məktəb, mağaza kimi ictimai obyektlərə tez-tez silahlı basqınlar edirlər.

Belə ki, 4 dekabr 2012-ci ildə Nyutaun şəhərində 20 yaşlı Adam Lenza adlı yeniyetmə əvvəl öz anasını öldürüb, daha sonra Sendi-Huk məktəbində 5-7 yaşlı 20 uşağı qətlə yetirib və intihar edib. Araşdırmalardan sonra onun Asperger xəstəliyindən əziyyət çəkdiyi məlum olub.


Adam Lenza – qatil gənc

Son dəfə belə hadisə ötən ilin dekabrında San-Bernardino şəhərində baş verib. İki şəxsin – Səid Fərrux və Təşvin Malik adlı ər-arvadın avtomat silahdan atəş açaraq qarşısına çıxan hər kəsi güllələməsindən sonra Barak Obama Konqressi avtomat silahının satışını məhdudlaşdırmağa və ya onların satışına ciddi nəzarət etməyə çağırıb. Terror hadisəsi nəticəsində 14 nəfər həlak olub.

ABŞ – San Bernardino

mənbə :
anspress

“Facebook” ve “İnstaqramdan” teqdire layiq addım – FOTO