İçeriğe geçmek için "Enter"a basın

FHN-in neftçinin nəşini gətirmək üçün Türkmənistana yola düşüb - YENİLƏNİB

30-01-2016


30.01.2016 / 19:16 xeber –

İstintaq qrupu da hadisə yerinə gedib

Xəbər verildiyi kimi, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

 

Fövqəladə Hallar NazirliyindənAPA-ya verilən məlumata görə, bununla əlaqədar, qurumun "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün Türkmənistana yola düşüb.

 

***

 

12:40

 

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində meyit tapılıb. Lent.az-ın FHN-in saytında istinadən məlumatına görə, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

 

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

 

Qeyd edək ki, 10-cu dərin dəniz özülündə qəza dekabrın 4-də baş verib.

mənbə :
lent.az

FHN-in neftçinin neşini getirmek üçün Türkmenistana yola düşüb – YENİLƏNİB