İçeriğe geçmek için "Enter"a basın

Rusiyada yandırılan azərbaycanlı uşaq yaxşılaşır (VİDEO, FOTO)

30-01-2016

19:10 xeber – Rusiyanın Ulyanovsk şəhərində kollektor Dmitri Yermilov tərəfindən yandırılan iki yaşlı azərbaycanlı Ruslanın səhhəti yaxşılığa doğru gedir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, həkimlər artıq on gün sonra uşağı evə buraxmağa söz verirlər.

Hazırda Ruslan Hüseynov müalicəsini xəstəxanada davam etdirir. Həkimlər uşağın müalicəsini artıq evdə davam etdirəcəyini qeyd ediblər.

“Bu gün o özünü yaxşı hiss edir. Şişkinlik keçib. Həkimlər deyirlər ki, bütün pis günlər arxada qaldı”,- deyə Ruslanın atası Pərviz bıldirib.

Alınmış yanıqlara baxmayaraq, Ruslan artıq oynayır və yaxşı əhval-ruhiyyədədir. Uşağa yüzlərlə tanımadığı insanlar dəyməyə gəlir. Yanvarın 27-də Ulyanovsk şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun qaytarılmasını tələb edən kollektorlardan biri evin pəncərəsinə “Molotov kokteyli” atıb. “Molotov kokteyli” ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb.

Nəticədə, uşaqla bərabər onu xilas etməyə çalışan babası 56 yaşlı İsmayıl Hüseynov ağır yanıq xəsarətləri alıb. Uşaq ən güclü yanıq dərəcəsi ilə xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən həkimlər kiçik pasiyentin vəziyyətini sabitləşdirməyi bacarıblar. Polis hadisəni törədən 45 yaşlı keçmiş polis işçisi olan kollektoru tutub.

İsmayıl Hüseynov 2014-cü ildə 4 min rubl (82 manat) mikrokredit götürdüyünü və dərhal onu qaytardığını bildirib. Onun sözlərinə görə, buna baxmayaraq onun borclu qaldığı bildirilib. Faizlər 40 min rubla (820 manat) qalxıb. Hüseynovun sözlərinə görə, bir gün əvvəl ona və ailəsinə təhdidlər olub. Körpənin qohumlarının sözlərinə görə, bu məqsədlə onlar bir neçə dəfə kollektorların təhlükəli təhdidləri haqqında polisə müraciət ediblər.

Kollektor kimdir və o nədən ötrü yaradılıb?
Kollektor Agentliyi müəssisə, təşkilat, fiziki şəxs, yerli icra hakimiyyəti orqanları, kredit təşkilatlarının adından qanun çərçivəsində borcların yığılmasını və portfellərin idarə olunmasını təmin edir. Kollektor isə borclu müştəri ilə profilaktik və maariflənmə işləri aparan şəxsdir.


Hadisə baş verən ərazi xəritədə

mənbə :
anspress

Rusiyada yandırılan azerbaycanlı uşaq yaxşılaşır (VİDEO, FOTO)