İçeriğe geçmek için "Enter"a basın

Ulduz futbolçu rəsmən "Çelsi"də - FOTO

30-01-2016

18:30 xeber – Braziliyalı məşhur futbolçu Aleşandro Patonun “Çelsi” klubuna keçidi rəsmiləşib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatrına görə, London klubunun rəhbərliyi futbolçu ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, o, mövsümün sonuna kimi icarə əsasında “Çelsi”də çıxış edəcək.

“Mən çox xoşbəxtəm ki, “Çelsi” klubuna keçdim. Bu mənim arzum idi, həyata keçdi. Komanda yoldaşlarımla tanışlıq gününü səbrsizliklə gözləyirəm. Çalışacağam ki, “Çelsi” klubuna və onun azarkeşlərinə mənə görsətdiyi etimadı doğruldum”.


“Çelsi” klubunun “twitter” səhifəsi

Aleşandro Paro Braziliyanın “Korintians” klubunun futbolçusudur. Pato son olaraq “San Paulo”da icarə əsasında çıxış edib. O, sözügedən klubda oynadığı 59 matçda 29 qol vurub. Bundan əlavə, Pato “İnternasional” və “Milan” klubunda çıxış edib.

Patonun ən yaxşı qolları

mənbə :
anspress

Ulduz futbolçu resmen “Çelsi”de – FOTO