İçeriğe geçmek için "Enter"a basın

Gömrük rüsumları arta bilər

29-01-2016

12:27 xeber – Azərbaycanda gömrük rüsumları üzrə faiz dərəcələrinə yenidən baxılmalıdır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu jurnalistlərə dövlət gömrük komitəsinin sədr müavini Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə Dövlət Gömrük Komitəsi hökumətə gömrük rüsumlarının artırılması ilə bağlı müraciət edib. Lakin bu, qiymətlərin artırılması üçün verilən qərar deyil.

Səfər Mehdiyev bildirib ki, gömrük rüsumları üzrə faiz dərəcələrinin kəskin artımı gözlənilmir.

Sədr müavini onu da əlavə edib ki, əgər əvvəllər mallar satılanda ƏDV-yə cəlb edilirdisə, bu il yanvarın 1-dən etibarən mallar idxal edilən zaman ƏDV-yə cəlb edilir”.

O qeyd edib ki, DGK-nın büdcə daxilolmaları ilə bağlı öhdəliyi artırılacaq.

“Bu məsələ ilə bağlı hökumətlə danışıqlar gedir. Ola bilər ki, komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur”, – deyə S. Mehdiyev bildirib.

mənbə :
anspress

Gömrük rüsumları arta biler