İçeriğe geçmek için "Enter"a basın

Bakıda şirkət rəhbəri gənci və anasını öldürən tutuldu (FOTO, YENİLƏNİB)

29-01-2016

12:10 xeber – Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu Bakıda ana və oğlunun qətli ilə bağlı məlumat yayaıb.
ANS PRESS-ə verilən məlumata görə, prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Belə ki, yanvarın 19-da saat 03 radələrində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmovun yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Ruhin Allahverdiyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə sonuncuların baş nahiyələrinə çoxsaylı zərbələr endirib onları qəsdən öldürüb. Daha sonra o, J.Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

İstintaq zamanı R.Allahverdiyev hadisə baş verən mənzilin açarını istintaqa təqdim edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Saat 11:50
Bir müddət əvvəl Bakıda şirkət işçisi və anasını öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Ruhi Kamal oğlu Allahverdiyev tutulub.

Saxlanan şəxsin ətrafında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Ruhi Allahverdiyevin qətl törədilən evdə ustalıq etdiyi və onun ev sahibləri ilə arasında pul üstündə bir neçə dəfə münaqişə yarandığı məlum olub. Qətlin də məhz həmin münaqişə zəminində törədildiyi ehtimal olunur.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırmalar davam etdilir.


Qətlə yetirilən Aleksandr Məhərrəmov

Hadisə yanvar ayının 19-da paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Mənzillərdən birində üzərində xəsarətlər olan iki meyit aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Janna Hənifəyevna Məhərrəmova və 1982-ci il təvəllüdlü Aleksandr Gennadiyeviç Məhərrəmovun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. Onların cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Qətlə yetirilən Aleksandr Janna Məhərrəmovanın oğludur.


Hadisə baş verən ərazi

Hadisədən sonra prokurorluqdan məsələ ilə bağlı bildirmişdilər ki, A. M. Cümə küçəsi ev 4, mənzil 21-də cəsədi aşkarlanan hər iki şəxs öz əcəli ilə dünyasını dəyişməyib. Hər iki şəxs baş nahiyəsindən küt alətlə xəsarət yetirilərək öldürülüb.

Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilirdi.



Qətl törədilən bina

Aleksandr Gennadiyeviç Bakıda beynəlxalq şirkətlərdən birində işləyirdi.

Araşdırma zamanı müəyyən olunub ki, qatil cinayəti törətdikdən sonra qapını bağlayıb. Bu isə şübhə yaradır ki, qatil ev sahiblərinə yaxın bir insan olub.

mənbə :
anspress

Bakıda şirket rehberi genci ve anasını öldüren tutuldu (FOTO, YENİLƏNİB)