İçeriğe geçmek için "Enter"a basın

Arvadını bıçaqlayan şəxsə 4 il həbs cəzası verildi

29-01-2016


29.01.2016 / 11:15 xeber –

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirli bilinən Elçin Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Tamella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Elçin Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə keçən il aprel ayında Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.

 

Qəsəbə sakini Elçin Babayev ailə münaqişəsi zəminində həyat yoldaşına 8 bıçaq zərbəsi endirib. 3  övlad anası qonşuları tərəfindən xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. 

mənbə :
lent.az

Arvadını bıçaqlayan şexse 4 il hebs cezası verildi