İçeriğe geçmek için "Enter"a basın

2 illik istiqrazlar buraxılacaq

28-01-2016

17:50 xeber – “Manatın xarici valyutaya çevrilməsi nəticəsində vətəndaşlarda, dövlət və özəl təşkilatlarda külli miqdarda dollar var. Bu vəsaitin iqtisadi əhəmiyyəti yoxdur”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

O, deyib ki, dövlət bu vəsiatləri bazara çıxarmaq istəyir. Ona görə də həm xarici, həm də milli valyutada istiqrazlar buraxılacaq. Əhali bu istiqrazlardan yararlana biləcək.

“Amma dollar istiqrazlarının faiz dərəcəsi az olacaq. Təxminən 3 faiz”.-deyə nazir əlavə etdi.

Samir Şərifov bildirdi ki, 2 illik istiqrazlar buraxılacaq. Bunların gəlirliyi digərlərindən daha çox olacaq. Dövriyyədən çıxarılan pullar isə bazara qaytarılacaq.

“Yalnız dövlət qurumlarının lazım olmayan alışlarını təxirə salırıq. Bəzi layihələr 1 ilə deyil, bir neçə ilə həyata keçiriləcək. Bununla da iş yerlərinin yaradılması mümküm olacaq. İnfrastruktur layihələrinin həyata keçirilməsində xeyli insan işəyir”.


Samir Şərifov- maliyyə naziri

mənbə :
anspress

2 illik istiqrazlar buraxılacaq