28.01.2016 / 17:14 xeber –
Maliyyə Nazirliyi xarici maliyyə bazarlarında istiqrazlar yerləşdirməyi nəzərdə tutur.
"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, bununla bağlı aparıcı menecerlər də artıq seçilib – bunlar "CitiBank", "JP Morgan" və "UniCreditBank"dır.
S. Şərifov əlavə edib ki, xarici bazarlarda yerləşdiriləcək istiqrazların ümumi dəyəri 2 mlrd. ABŞ dollarıdır.
mənbə :
lent.az