İçeriğe geçmek için "Enter"a basın

Neftin qiyməti geriləyir

26-01-2016

03:58 xeber – Dünya bazarında neftin qiymətində yenidən ucuzlaşma müşahidə olunub. Qısa müddət qiymətlər bahalaşsa da, OPEK-in bəyanatı “qara qızıl”ın qiymətini yenidən aşağı salıb.

Brent markalı neftin bir barelinin qiyməti 4.1 faiz aşağı düşərək 30.86 dollar olub.

OPEK rəsmiləri kartelin xaricində olan neft ixrac edən ölkələri neftin qiymətini yüksəltmək üçün əməkdaşlığa çağırıb. “Bazarda artıq məhsulun azaldılması qaçılmazdır. Bir müddət əvvəl də müşahidə etdiyimiz kimi artıq hasilat azaldıqca qiymətlər də yüksəlir”. OPEK-in baş katibi belə deyib.

OPEK-in aparıcı üzvlərindən olan Səudiyyə Ərəbistanının hasilatı azaltmaqla bağlı təklifi rədd etsə də, əl-Bədri hasilatın çox olmasına görə kartelə üzv olmayan bəzi ölkələri günahlandırıb.

“OPEK ötən il hasilatı artırdı. Bəli bu, belədir. Lakin hasilatın artmasına səbəb digər ölkələrdir”

OPEK dünya neft hasilatının 42 faizini təmin edir.

mənbə :
anspress

Neftin qiymeti gerileyir