İçeriğe geçmek için "Enter"a basın

Rusiya Suriyada 2-ci hərbi baza iddialarına aydınlıq gətirdi (VİDEO,FOTO)

26-01-2016

03:35 xeber – Rusiya Müdafiə Nazirliyi Suriyada ikinci təyyarə bazası haqqında xəbərlərə aydınlıq gətirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, onun yaradılması üzrə Moskvanın planları haqqında daha əvvəl qərb KİV-i xəbər verib.

Rusiya Müdafiə Nazirliyi bu barədə qərb kütləvi informasiya vasitələrlərinin xəbərlərini təkzib edib. Müdafiə Nazirliyi rəsmi Moskvanın Suriyanın Al-Kamışlı ərazisində ikinci təyyarə bazasını yaratmaq niyyətində olmadığını qeyd edib.


General-mayor İqor Konaşenkov

“Suriya Ərəb Respublikasının ərazisində Rusiya hərbi təyyarələri üçün yeni təyyarə bazası və ya heç bir əlavə aerodromu yoxdur və yaratmaq planlaşdırılmır”, – deyə idarəsinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bıldirib.

Al-Kamışlı xəritədə

Xatırladaq ki, daha əvvəl “The Times” qəzeti öz mənbələrinə istinadən Rusiya və ABŞ-ın Suriyada təxminən bir-birindən 50 kilometr məsafədə təyyarə bazalarını yaratmağa başladığını bildirib. Qəzetin versiyasına görə, Rusiyanın ikinci bazası Al-Kamışlı şəhərinin atılmış beynəlxalq aeroportunda əsaslanacaq. ABŞ isə Rmeylan şəhərciyində kənd təsərrüfatı aerodromunda bazanı inşa edəcək.

Bir müddət əvvəl həmçinin Britaniyanın “The Times” qəzeti Rusiyanın Suriyada ikinci təyyarə bazasını açmağa hazırlaşdığı barədə xəbər vermişdi. Rusiyanın Suriyada hərbi əməliyyatları genişləndirməyə hazırlaşdığını yazan qəzet rusların bu məqsədlə son günlər Suriyada hərbi təyyarələrin və hərbiçilərin sayını xeyli artırdığını qeyd edib. Rusiya “Hmeymim” hərbi bazasından başqa ikinci təyyarə bazasını açıb, ora əlavə təyyarələr və qoşunlarını göndərəcək. Nəşrin məlumatına görə, mərkəzi Suriyada, Homs şəhərinə yaxın Al-Şayrat təyyarə bazasında artıq obyektin hazırlığı ilə məşğul olan Rusiya döyüş vertolyotları və kontingenti yerləşdirilib.


“Hmeymim” aviabazası

Rusiyanın ilk aviabazası Suriyanın Latakiya bölgəsində “Hmeymim” aeradromunda yerləşir. Rusların burada 50-dən artıq döyüş təyyarəsi və helikopteri var. “Reuters” agentliyi Rusiyanın Suriyadakı hərbçilərinin sayının 4 minə çatdığı haqda xəbər yayıb. Xəbərdə bildirilib ki, bir ay ərzində Rusiya hərbçiləri ölümlə nəticələnən itkilər də verib. Məlumatda itkilərin dəqiq sayı göstərilməyib. Rusiya “Hmeymim” aviabazasından başqa Suriyanın Hama, Şəriət və Tias hava limanlarından da istifadə edir.


Rusların istifadə etdiyi hava limanları xəritədə

mənbə :
anspress

Rusiya Suriyada 2-ci herbi baza iddialarına aydınlıq getirdi (VİDEO,FOTO)