İçeriğe geçmek için "Enter"a basın

Boliviyada avtobus uçuruma düşdü: 9 ölü

26-01-2016


26.01.2016 / 02:52 xeber –

Boliviyanın qərb bölgəsində Peru musiqiçilərini daşıyan avtobus  uçuruma düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 9 nəfər ölüb.

 

100 metrlik uçuruma yuvarlanan avtobusda 13 musiqiçi olub. Onlardan 4-u ağır bədən xəsarətləri ilə paytaxt La-Pasdakı xəstəxanaya yerləşdirilib.

 

İlkin versiyaya görə, qəzaya pis hava şəraiti səbəb olub.

mənbə :
lent.az

Boliviyada avtobus uçuruma düşdü: 9 ölü