İçeriğe geçmek için "Enter"a basın

Yılmaz ingilislərin təklifini qəbul etdi

26-01-2016

02:23 xeber – Türkiyə millisinin və “Qalatasaray”ın hücumçusu Burak Yılmaz karyerasını İngiltərədə davam etdirməyə çox yaxındır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Yılmazla Premyer Liqanın “Vest Hem” klubu ciddi maraqlanır.

Yayılan məlumata görə, Burak ingilsilərin etdiyi illik 2,5 milyon avroluq təklifi qəbul edib. Hazırda klubların ortaq məxrəcə gəlməsi qalır. Məsələ burasındadı ki, İngiltərə təmsilçisi Yılmazı icarəyə götürmək istəyir. “Sarı-qırmızılar” isə bununla razılaşmır. İstanbul təmsilçisi hətta 7 milyon avroluq təklifə də razı olmayaraq, məbləğin artırılmasını tələb edib. Burak “Qalatasaray”da ilinə 2,8 milyon avro qazanır.


Burak Yılmaz

2013-cü ildə İngiltərənin məşhur “Mançester Yunayted” klubu Burak Yılmazı transfer etmək niyyətində olub. Klubunun əfsanəvi baş məşqçisi Aleks Ferqyuson hücumçunun oyununu İstanbulda Mançester təmsilçisi ilə qarşılaşmaları zamanı bəyənib. Ferqyuson oyunçuya görə o zaman 13 milyon avro ödəmək niyyətində olub. Lakin sonradan transfer baş tutmayıb.

Xatırladaq ki, Burak Yılmaz 2012-ci ildə “Trabzonspor”dan “Qalatasaray”a 5 milyon avroya keçib.

mənbə :
anspress

Yılmaz ingilislerin teklifini qebul etdi