İçeriğe geçmek için "Enter"a basın

Pakistanda terror: ölü sayı 25-ə çatdı - YENİLƏNİB 1

20-01-2016


20.01.2016 / 12:48 xeber –

 

 

Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində universitetdə baş vermiş silahlı basqın zamanı həlak olanların sayı 25-ə çatıb.

***

Lent.az-ın “Dawn” informasiya agentliyinə istinadən yeni məlumatına görə, polislər Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərindəki universitetdə baş vermiş terror hücumu zamanı ölənlərin sayının 21 nəfər olduğunu təsdiqləyiblər. Onlardan biri universitetin  professoru, digərləri tələbə və təhlükəsizlik işçiləridir. Məlumata görə, hadisə zamanı 4 nəfər terrorçu öldürülüb. Terrorçuların 18-25 yaşlı şəxslər olduğu bildirilir.

 

****

 

11:11

Bu gün  Pakistanın Heybər-Pahtunhva əyalətinin Çarsadda şəhərində universitetə terrorçular tərəfindən hücum olub. 

 

Lent.az-ın “RİA Novosti”yə  istinadən məlumatına görə, şahidlər hadisə zamanı onlarla insanın öldüyünü deyir.

 

Pakistanın yerli “Dawn” agentliyinin verdiyi hazırkı məlumata görə isə, ölənlərin sayı 15 nəfərə yaxındır.  Bundan əvvəl isə 3 nəfərin öldüyü , 50 nəfərin yaralandığı xəbəri verilmişdi.

 

Təxliyə edilmiş tələbələrdən birinin dediklərinə görə, terrorçular 60-70 nəfərə yaxın tələbəni güllələyiblər. Hadisə zamanı universitetdə kənardan gələn daha 600 qonağın iştirak etdiyi poeziya konkursu da keçirilirmiş. Bundan başqa universitetdə həmin vaxt 3 min tələbə olub.

 

“Dawn” agentliyinin verdiyi bir digər məlumata görə, iki terrorçu öldürülüb. Ölən şəxlər arasında iki tələbə və kimya professoru Dr Hamidin də olduğu dəqiqdir. Xilas edilən tələbələrin söylədiklərinə görə, içəridə hələ də 10-a yaxın terrorçu qalıb.

 

Hazırda universitet kampusu polis və xilasedicilərin nəzarəti altındadır. Əraziyə 20-yə yaxın təcili yardım maşını sövq edilib.

 

 

mənbə :
lent.az

Pakistanda terror: ölü sayı 25-e çatdı – YENİLƏNİB 1