16.01.2016 / 17:56 xeber –
Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı
Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi iclası keçiriləcək. APA-nın xəbərinə görə, xüsusi iclasın yanvarın 19-da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.
mənbə :
lent.az