İçeriğe geçmek için "Enter"a basın

Təyin olunan 39 yaşlı nazir kimdir?

16-01-2016

ramin_guluzade_181215sqwXəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Azadliq.az xəbər verir ki, bu vəzifəyə qədər o, ötən ilin noyabrında nazirin birinci müavini təyin olunmuşdu.

Ramin Quluzadə həmin vəzifəyə qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, eks-Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də vəzifəsindən azad edilmişdi.

İlk yorum yapan siz olun

  1. V'ətəndaş- n 16/01/2016

    Həyat yolunu çox doğru addımlayırsınız. Amma, texniki savadınızın olmaması Sizin işi öncəki nazirdən mükəmməl görmənizə maraqlı şübhə doğurur.

Yorumlar kapatıldı.

Təyin olunan 39 yaşlı nazir kimdir?