İçeriğe geçmek için "Enter"a basın

Partlayışda ölənlər arasında azərbaycanlılar yoxdur (YENİLƏNİB)

12-01-2016

19:49 xeber – İstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Azadlıq.az xəbər verir ki, anspress-in Türkiyə bürosuna İstanbuldakı baş konsulluğun vitse-konsulu Tural Hüseynəliyev bildirib.

Onun sözlərinə görə, ölənlərin bəzilərinin kimlikləri bilinməsə də onlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat yoxdur.

Türkiyə bürosunun verdiyi məlumata görə, Sultan Əhməd meydanı ətrafında yerləşən otellərin əksəriyyətində turistlər təxliyyə edilib, rezervlər isə 90% ləğv olunub. / Pərviz Sultansoy, İstanbul

…14:40…

Türkiyənin İstanbul şəhərində bu gün səhər saatlarında baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır. Bunu ANS PRESS-ə açıqlamasında XİN rəsmisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna məlumat verilib. Onlar araşdırma aparırlar.

Bu gün səhər saat 10 radələrində (Azərbaycan vaxtı ilə 12) İstanbul şəhərindəki Sultan Əhməd Meydanında partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Hadisə güclü olduğu üçün ölü və yaralıların artacağı istisna deyil.


Partlayış baş verən ərazi

Adıçəkilən ərazi turistlərin ən çox toplaşdığı yerlərdən biri olub.

Hadisənin kim tərəfindən törədildiyi bəlli olmasa da, deyilənlərə görə, üzərində bomba olan bir şəxs məscidin qarşısında toplaşmış çoxlu sayda insanın arasına girərək özünü partladıb.

mənbə :
anspress

Partlayışda ölenler arasında azerbaycanlılar yoxdur (YENİLƏNİB)