İçeriğe geçmek için "Enter"a basın

ANS TV-də yeni aparıcı (VİDEO, FOTO)

12-01-2016

00:45 xeber – Azadlıq.az xəbər verir ki, ans tv-nin efirində yayımlanan “Nəzər nöqtəsi” verilişinin sonuncu buraxılışı yeni tanış sima ilə efirə çıxıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, tanınmış jurnalist İlhamiyyə Rza uzun fasilədən sonra efirə qayıdıb.

“Nəzər nöqtəsi”nin “Multikulturalizm”ə həsr olunan verlişi İlhamiyyə Rzanın təqdimatında olub. Onun qonaqları isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, araşdırmaçı-jurnalist Niyaz Niftiyev olub.

İlhamiyyə Rza verilişlə bağlı fikirlərini ANS PRESS-ə bildirib: “Veriliş çox dinamik verlişdir. Bu verlişin tamaşaçısı olmuşam və açıq deyim ki, təxminən son iki ay mən ANS-in bütün verilişlərinə baxıram. Çünki hiss etdim ki format dəyişib. İndi daha dinamik, daha düşündürücü, daha məlumatlandırıcı olub. Sözsüz ki, Eldəniz Elgünün təqdimatında bu verilişə marağım böyük idi və demək olar hər gün baxırdım. Veriliş mənə təklif olundu və bu təklifi məmnuyətlə qəbul elədim”.

Məlumat üçün bildirək ki, veriliş həftə içi hər gün 20:30-da yayımlanır. İlhamiyyə Rza 1989-cu ildən Azərbaycan Dövlət Televiziyasında “Xəbərlər” redaksiyasında, sonralar isə ABA (“Alo, eşidirik”), Lider (“Milyonçu”), Space (“Gecə kanalı”) telekanallarında çalışıb. Uzun müddətdir televiziyadan uzaq qalan jurnalist yazılı mətbuatda da dərc olunub.

Daim xəbər kanalı kimi tamaşaçıların xidmətində olan ANS TV ənənəsinə sadiq qalmaqdadır. Kanalın efir formatında dəyişikliklər və yeniliklər davam edir. Teleməkanda canlı layihələrin sayı artıb. Əsas diqqət isə həmişə olduğu kimi ilk növbədə tamaşaçıların xəbər tələbatının keyfiyyətlə ödənilməsinə hesablanıb.

Yalnız fövqəladə vəziyyətlərdə, seçkilərdə proqramında dəyişiklik edərək hər saat xəbər təqdim edən ANS, indiki formatla hadisə baş verən anda həmin xəbəri operativ olaraq tamaşaçılara təqdim etmək imkanına malikdir. Operativlik və peşəkarlıq, baş verən hadisəyə obyektiv, dəqiq, qərəzsiz yanaşmaq kanalın əsas prinsipidir.

mənbə :
anspress

ANS TV-de yeni aparıcı (VİDEO, FOTO)