İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ"da türkiyəli futbolçu

11-01-2016

23:55 xeber – “Qarabağ” klubunun heyətinə daha bir futbolçu qoşulub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, 19 yaşlı Şükrü Anıl Tokdəmir ağdamlıların əsas heyətinə dəvət alıb.

O, ağdamlılara Türkiyənin “Qaziantepspor” klubunun gənclərdən ibarət komandasından cəlb olunub. Anıl 3 ay zədəli olduğu üçün məşqlərdə iştirak etməyib.

Bundan sonra son çempionun əvəzediciləri ilə məşqlərdə iştirak edən gənc və perespektivli yarımmüdafiəçi hazırda “Qarabağ”ın Antalya toplanışına cəlb olunub.


“Qarabağ” klubu

Komandanın baş məşqçisi Qurban Qurbanov futbolçunu bəyənəcəyi halda onunla müqavilə imzalanacaq.

mənbə :
anspress

“Qarabağ”da türkiyeli futbolçu