İçeriğe geçmek için "Enter"a basın

"iPhone7" etirazlara səbəb oldu - FOTO

11-01-2016

21:45 xeber – Yeni “iPhone7” hələ satışa çıxarılmasa da artıq etirazlara səbəb olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, “Apple”in bu versiyasında qulaqlıq girişinin olmayacağı haqqında yayılan xəbərlər çoxlarınının etirazı ilə qarşılanıb. Belə ki, aktiv sayt SumOfUs.org buna qarşı çıxan 210 min imza toplayıb.

Saytda yer alan ərizəyə görə, “Apple” müştərilərini təkrarən aldatmaqda günahlandırılır. Onların fikrincə qulaqlıq girişi olmadan buraxılan iPhone 7 geri dönüşü olmayan tonlarla elektron tullantının yaranmasına gətirib çıxaracaq.

Etiraz ərizəsində “”Apple”a müştərilərinə və planetə hörmət etməli olduğunu söyləyin. Standart qulaqlıq girişini qoruyun”, sözləri yer alıb.

Qulaqlıq girişi yerinə “Lightning”in istifadə olunacağı deyilsə də tam olaraq qərar verilməyib. Beləliklə, etiraz edənlərin imza sayı çoxalmaqda davam edir. Bu gedişlə yəqin şirkət öz fikrini dəyişər.


iPhone7-nin ilk görüntüsü

Bir neçə il əvvəl “iPod”dock bağlantısı yenisi ilə əvəz edilib ki, bu da yüzdən çox naqil və enerji yığma vasitəsi (adaptor) yarasız hala gəlib.

mənbə :
anspress

“iPhone7” etirazlara sebeb oldu – FOTO