İçeriğe geçmek için "Enter"a basın

Məktəbə endirilən aviazərbələr nəticəsində şagirdlər öldü

11-01-2016

20:52 xeber – Rusiya aviasiyası Suriyada məktəbə zərbə endirib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hadisə Suriyanın Andjara şəhərində yerləşən məktəbdə baş verib.

İnsident nəticəsində 9 uşaq və bir müəllimə həlak olub, daha 20 nəfər isə xəsarət alıb. Yaralıları dərhal Hələb vilayətinin qərb hissəsində olan xəstəxanalara yerləşdiriblər.

Bu barədə məlumatı “France Press” öz “Twitter” səhifəsində paylaşıb:
#BREAKING 8 children dead after Russia strike hits Syria school: monitor— AFP news agency (@AFP) 11 января 2016

Rusiyanın sonuncu avizərbəsi nəticəsində Hələb vilayətində 17 nəfər ölüb, 35 nəfər isə ağır bədən xəsarətləri alıb.

Ümumiyyətlə, sentyabrın 30-dan etibarən Suriyanın Latakiya ərazisi yaxınlığında Bazel əl-Əsəd (“Hmeymim”) aerodromunda yerləşmiş Rusiya aviasiyası Suriyada olan İŞİD-ə ilk zərbələrini endirib.

Suriya, Latakiya

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya aviasiyası Suriyada “İŞİD” obyektlərinə zərbə endirilən əməliyyat çərçivəsində 20-yə yaxın uçuş həyata keçirib.

Daha öncə Rusiya Federasiya Şurası Suriya ərazisində Rusiyaya məxsus Hərbi Hava Qüvvələrlərindən istifadəyə razılıq verib. Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə hərbi köməyin göstərilməsi barədə müraciət edib və müsbət cavab alıb.

Rusiya qırıcı təyyarələrinin Suriyada endirdiyi aviazərbələr

Bununla bağlı, Rusiya Suriyada ABŞ-a sərt ultimatum verərək, dərhal ölkədəki Amerika hərbi hava təyyarələrini geri çağırmağı tələb edib.

Eyni zamanda, Səudiyyə Ərəbisanının da daxil olduğu ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri 2014-cu ilin sentyabrından İŞİD-in Suriyadaki mövqelərini bombalayır.

Başqa bir tərəfdən isə xarici ekspertlər hesab edirlər ki, Rusiya ordusu Bəşər Əsədə qarşı vuruşan ABŞ ordusu ilə də mübarizə aparır. Bu da bu gün “soyuq müharibə” şəraitində olan iki ölkənin münasibətlərinin daha da gərginləşməsinə səbəb olub.

mənbə :
anspress

Mektebe endirilen aviazerbeler neticesinde şagirdler öldü