İçeriğe geçmek için "Enter"a basın

Məşhur futbolçu Fransanı təhqir etdi (VİDEO, FOTO)

11-01-2016

20:35 xeber – Fransanın PSJ klubunun qalmaqallı futbolçusu Zlatan İbrahimoviç daha bir müsahibəsi ilə hamını təəcübləndirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, İsveç yığmasının hücumçusu Zlatan canlı yayım zamanı Fransa yığmasının azarkeşlərini qəzəbləndirib:

“Mənim oynadığım klubların uğur qazanmağının səbəbi komandada oynamağımdır. Mən məğlub olan zaman dəhşətli hislər keçirirəm. Mənim uçün oyunda məğlub olmaq anormallıqdır. Əminəm ki, Avropa çempionatında Fransadakı bir çox futbol azarkeşləri məni daha çox bəyənəcəklər, nəinki Fransa yığmasını”.

Zlatan İbrahimoviçin qolları

Zlatan İbrahimoviç 1981-ci ildə İsveçdə anadan olub. İbra 2012-ci ildə “Milan”dan PSJ-yə transfer olunub. İsveç futbol tarixində ən çox qol vuran futbolçudur. O, yığma komandanın və PSJ klubunun kapitanıdır.


Fransa çempionatının turnir cədvəli

PSJ Fransa çempionatında rəqiblərindən 20 xal irəlidə olaraq turnir cədvəlində vahid liderdir. Komanda 20 oyundan sonra 54 xal toplayıb.

mənbə :
anspress

Meşhur futbolçu Fransanı tehqir etdi (VİDEO, FOTO)