İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda çıxış edən müğənni "Qızıl Qlobus" qazandı - FOTO

11-01-2016

11:45 xeber – ABŞ-ın Los-Anceles şəhərində 73-cü “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimi keçirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Hollivudun məşhur ulduzları “Beverli Hils” otelində yığışıblar.

Mərasimdə ötən ilin yekunlarına görə, 25 kateqoriya üzrə mükafat verilib.

Leonardo Di Kaprionun rol aldığı “Sağ qalan” “İlin ən yaxşı dramatik” filmi seçilib. Di Kaprio isə 3-cü dəfə “ilin ən yaxşı dramatik aktyoru” nominasiyasında mükafata layiq görülüb.


Leonardo Di Kaprio – aktyor

Meksikalı rejissor Alexandro Qonsales İnyarritu “Sağ qalan” filmə görə “ilin ən yaxşı rejissor” adına layiq görülüb.


Alexandro Qonsales mükafat alan zamanı

Bri Larson rol aldığı “Otaq” filminə görə “ilin ən yaxşı dramatik aktrisa” adına laiq görülüb.

“Ən yaxşı komediya aktyoru və müzikl” nominasiyasında “Marslı” filmindəki oyununa görə aktyor Mett Deymon “Qızıl Qlobus” alıb.

Qalmaqallı aktrisa Cenifer Lourens rol aldığı “Coy” filminə görə “ən yaxşı komediya aktrisası” seçilib.

Silvestr Stallone karyerası ərzində ilk dəfə “Krid” filmində rol aldığı “ikinci planın ən yaxşı” aktyoru kimi “Qızıl Qlobus”a laiq görülüb.


Silvestr Stallone

“Ən yaxşı ikinci plan qadın roluna” görə “Qızıl Qlobus” britaniyalı Keyt Uinsletə çatıb. Aktrisa “Apple” şirkətinin banisi Stiv Cobsun həyat və yaradıcılığına həsr olunmuş filmdə yaratdığı obraza görə bu mükafata sahib olub.


Keyt Uinslet

Azərbaycanda Avropa Oyunlarının açılış mərasimində çıxış edən Ledi Qaqa “Amerikanın dəhşətli tarixi” serialında rol aldığı üçün “İlin ən yaxşı qısa serial və televiziya üçün film” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb.


Ledi Qaqa

“Xarici dildə ilin ən yaxşı filmi” nominasiyasının qalibi “Saulun oğlu” olub.

“Stiv Cobs” filminin ssenarisini yazan Aaron Sorkin “Ən yaxşı ssenari müəllifi” nominasiyasında fərqlənib.

Məşhur italiyalı Ennio Morrikone “Mənfur Səkkizlik” filminə bəslədiyi saundtrek nominasiyasında “Qızıl Qlobus”u layiq görülüb.


Kventin Tarantino – rejissor

“İlin ən yaxşı animasiya filmi” nominasiyasında “Tapmaca” cizgi filmi qalib gəlib.

“Qızıl Qlobus” premiyası 1944-ci ildən təqdim olunmağa başlayıb. Kino sənayesində ikinci mötəbər mükafat sayılan “Qızıl Qlobus” Amerika Kino Akademiyasının versiyasına görə tərtib olunur. Holivudda çalışan 90 beynalxalq jurnalistlər qalibləri müəyyənləşdirir.

mənbə :
anspress

Azerbaycanda çıxış eden müğenni “Qızıl Qlobus” qazandı – FOTO