İçeriğe geçmek için "Enter"a basın

Dolların qiyməti dəyişmədi

11-01-2016

09:53 xeber – Dollar yeni həftəyə sabitləşmə ilə başladı. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın yenidən dəyərdən düşməsinə yol açıb.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi ötən həftə olduğu kimi qalıb. Azərbaycan Mərkəzi Bankı 11.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsini 1,5642 səviyyəsində müəyyən edib.

Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7009 manatdan 1.7072-yə yüksəlib.

Rusiya rublu isə cüzi ucuzlaşıb. Rubl 0.0209-dan 0.0208 manata enib.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Həmçinin oxuyun:
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Mərkəzi Bankdan banklara icazə ilə bağlı açıqlama (YENİLƏNİB)
500 dollardan çox pul dəyişənlərin nəzərinə
2016-cı ildə manatın taleyi
Dollarla kredit götürənlərin aqibəti…
Vahid Əhmədov: “Dollara görə artım olacaq, amma…”
Bakıda dollar ajiotajı (FOTO)

mənbə :
anspress

Dolların qiymeti deyişmedi