İçeriğe geçmek için "Enter"a basın

Əhməd Davudoğlu yayı çəkdi, oxu atdı

11-01-2016

08:18 xeber – Türkiyənin baş naziri Əhməd Davudoğlu osmanlı kaftanı geyinərək ox atıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hadisə Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 24-cü müzakirə və dəyərləndirmə iclasının keçirildiyi Afyonkarahisar şəhərində baş verib.

İclas Afyonkarahisardakı “Oxçular” vəqfində keçirilib. Burda baş nazir Əhməd Davudoğlu fasilə zamanı dədə-baba idman növü ilə yorğunluğunu çıxarmağa çalışıb. Belə ki, osmanlı kaftanı geyinərən Davudoğlu mütəxəssislərin təlimi ilə ox atıb.


Türkiyədə siyasi partyiyaların istirahət mərkəzlərindən birində vaxtaşırı müzakirə və dəyərləndirmə toplantısı keçirmə ənənəsi var. Bu vaxt partiya idarə heyətinin üzvləri və millət vəkilləri həmin toplantılar zamanı həm dincəlir, həm də fikir mübadiləsi aparırlar.

mənbə :
anspress

Əhmed Davudoğlu yayı çekdi, oxu atdı